This is a specific ad

Azərbaycan Prezidenti Bakı-Tbilisi-Qars layihəsinin icrası ilə əlaqədar üzləşilən müqavimətdən danışıb

36

Another advertisement

Azərbaycan Prezidenti Bakı-Tbilisi-Qars layihəsinin icrası ilə əlaqədar üzləşilən müqavimətdən danışıb.

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası zamanı ölkənin üzləşdiyi çətinliklərdən danışıb.
“Biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə o vaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik”.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Kvemo Kartlidə 83 500 qutu aksizsiz siqaret ələ keçirilib – dəyəri 400 000 larini keçib
Öncəki yazı
Berlində keçirilən “Yaşıl həftə” beynəlxalq sərgisində gürcü stendi təqdim olunub