Another advertisement
Kreml Dəməşqə ilk nümayəndə heyətini göndərdi.
Rusiya nümayəndə heyəti Dəməşqə səfər edib. Nümayəndə heyətinə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev daxildir.
QafqazTürk Media xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Qeyd edək ki, bu, Bəşər Əsədin ötən ilin dekabrında Suriya prezidenti postunu tərk edərək ölkədən qaçmasından sonra Rusiya rəsmilərinin Dəməşqə ilk səfəridir.