Another advertisement
ABŞ Senatı Skott Besantı prezident Donald Trampın administrasiyasında maliyyə naziri vəzifəsinə təyin edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
Skott Besantın namizədliyini 68 senator dəstəkləyib, Senatın 29 üzvü isə əleyhinə səs verib.
Skott Besant Trampın vergiləri azaltmaq və kəskin tariflər tətbiq etmək məqsədi daşıyan iqtisadi gündəminin güclü müdafiəçisi kimi görünür. Besant Trampın siyasətinin inflyasiya xarakterli olacağı fikri ilə razılaşmır və Senatda dinləmələr zamanı deyib ki, administrasiyanın neft hasilatını artırmaq səyləri əslində qiymətlərin aşağı düşməsinə kömək edəcək.