• 13 Mart 2025 04:43

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Mərkəzi Seçki Komissiyasının sədri və MSK üzvləri dövlətdən təzminat alacaqlar

ByTürkan Şahverdova

Yan 27, 2025
Another advertisement

Mərkəzi Seçki Komissiyasının sədri və MSK üzvləri dövlətdən təzminat alacaqlar.

Sözügedən təşəbbüs “Gürcü arzusu” fraksiyasının deputatlarına məxsusdur. Parlamentə layihə təqdim edilib, ona əsasən MSK sədrinə/üzvünə 65 yaşına çatdıqda və ya ümumi iş stajı ən azı 25 il olduqda, bununla yanaşı, 5 illik daimi üzvlüyə sahibdirsə, kompensasiya veriləcək.

MSK üzvü üçün kompensasiyanın məbləği MSK üzvünün vəzifə maaşının üçdə biri qədər müəyyən edilir.

Barəsində seçki qanunvericiliyinin pozulmasını təsdiq edən hüquqi qüvvəyə malik məhkəmə qərarı olan MSK üzvünə dövlət təzminatı verilməyəcək.

Qanun layihəsinin müəllifləri və təşəbbüskarları aşağıdakı parlament üzvləridir: Qivi Mikanadze, Arçil Qorduladze, Aleksandr Tabatadze, Davit Matikaşvili, Rati İonatamişvili, Tornike Çeişvili, Aluda Quduşauri, Tenqiz Şarmanaşvili və Quram Maçaraşvili.