Belarusda prezident seçkilərində Aleksandr Lukaşenko liderdir

83

Belarusda prezident seçkilərində Aleksandr Lukaşenko liderdir.

QafqazTürk Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası sədri İqor Karpenko məlumat yayıb.

Karpenkonun sözlərinə görə, regional və Minsk şəhər komissiyalarının ilkin məlumatlarına görə, seçicilərin 86,82 faizi Lukaşenkoya səs verib.

Digər namizədlərə gəlincə, Oleq Qaydukeviç 2,02%, Anna Kanopaçkaya 1,86%, Serqey Sirankov 1,74%, seçicilərin 3,60%-i isə onların hamısının əleyhinə səs verib.

Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərində seçici fəallığı 85,70% təşkil edib. Bundan əlavə, yanvarın 21-25-də keçirilən erkən səsvermədə seçici fəallığı 41,81% təşkil edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyədə zəlzələ baş verib
Öncəki yazı
“Exit-poll”- un nəticələrinə görə, Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko 87,6% səs toplayıb