Türkiyədə dördmərtəbəli yaşayış binasının uçması nəticəsində iki nəfər dünyasını dəyişib.
QafqazTürk Media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
KİV-in verdiyi məlumata görə, 15 saatlıq xilasetmə işindən sonra xilasedicilər dağıntılar altından iki nəfərin cəsədini aşkar ediblər.
Yerli mətbuatın məlumatına görə, çökmə zamanı binada 5 nəfər olub, xilasedicilər 3 nəfəri xilas edə bilib. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya xəstəxanada yaralılara baş çəkib.
Əldə olan məlumata görə, istintaq çərçivəsində 4 nəfər həbs edilib. Şübhəlilərdən ikisi binanın birinci mərtəbəsində yerləşən mağazaların sahibi, digərləri isə mağaza operatorudur.
“24 yanvar 2025-ci ildə Konya vilayətinin Səlçuklu rayonunda dörd mərtəbəli binanın uçmasına görə məsuliyyət daşıdığı güman edilən dörd şübhəli həbs olundu. Konya Baş Prokurorluğunun açıqlamasında deyilir: “Hazırda təfərrüatlı araşdırma və istintaq prosedurları davam etdirilir”.