Başın sağ olsun, Türkiyə!
Qardaş Türkiyənin Bolu vilayətində, Kartalkaya dağ-xizək kurortundakı mehmanxanada baş vermiş dəhşətli yanğın, faciəvi hadisə nəticəsində 66 nəfərin həlak olmağı, 51 nəfərin də yaralanmağı xəbəri hamımızı dərindən kədərləndirdi.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, həmişə qardaş Türkiyə dövlətinin və Türkiyə xalqının yanındayıq! Baş vermiş faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə, qardaş Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfalar diləyirik.
Bu ağır gündə nə qədər çətin olsa da bir daha həm öz adımdan, həm də rəhbərlik elədiyim təşkilat və yaradıcı heyət adından uca Allahdan hər kəsə güc və səbir diləyirəm.
Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı bundan sonra xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!
Başın sağ olsun, Türkiyə!
Başımız sağ olsun!
Hüseyn Yusubov
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri