This is a specific ad

Son vaxtlar Marneuli bələdiyyəsində suçiçəyi xəstəliyinə yoluxma halları artıb

83

Another advertisement

Yaz-yay ayları suçiçəyi, qızılca, məxmərək kimi yoluxucu xəstəliklərin intensiv yayılma dövrüdür.

Son günlər Marneulinin uşaq bağçalarında, orta məktəblərdə suçiçəyinin yayılması bağlı məlumat yayılır . Təkcə uşaqlar deyil, əhalinin nisbətən yaşlı təbəqəsi arasında da qızılcaya, xüsusən suçiçəyinə yoluxanlar barədə xəbərlər yayılır.

Bu mövzu ilə bağlı Marneulinin “Geo Hospitals” klinikasının pediatrı Elnarə İgidova ətraflı məlumat verib.

“Suçiçəyi səpgiləri tək-tək əmələ gəlsə də, hər birinin ucunda suluqlar olur. Həmin səpgilər saçın dibi, selikli qişa, ağız boşluğu və gözün içərisinə də çıxa bilər. Qaşıntılı olan səpgilər bütün bədəni bürüyür.

Pediatrın sözlərinə görə, xəstəliyə daha çox uşaqlar yoluxsa da, böyüklərdə də rast gəlinir və ikincilər onu daha ağır keçirir

İnfeksiyaya ilin bütün aylarında təsadüf edilir. Amma qış-yaz ayları yoluxma intensivləşir. Yaş artdıqca insanlar xəstəliyi daha ağır keçirir, ağırlaşmalar daha çox olur.

Həkimin sözlərinə görə, xəstəlikdən sonra insanda immunitet yaranır. Nadir hallarda təkrar xəstələnmə də mümkün hesab olunur. Yəni bəzi şəxslər bu xəstəliyə nadir hallarda ikinci dəfə tutulur ki, bu da tez-tez infeksion xəstəliklərə yoluxanların immunitet zəifliyi səbəbindən baş verir.

Həkimin qeyd etdiyinə görə, İmmun sistemi pozulmuş uşaqlarda suçiçəyi aşağıdakı ağırlaşmalara səbəb ola bilər: sətəlcəm, dəridə, sümüklərdə, oynaqlarda və hətta qanda bakterial infeksiyalar (zəiflikdə yırtıcı) (çox ciddi bir vəziyyət), ensefalit (beyin iltihabı), susuzlaşdırma və həddindən artıq hallarda ölüm”

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Qoridə 4 yaşlı uşaq suçiçəyindən dünyasını dəyişib .

Kateqoriya: Gündəm
Sonrakı yazı
Mamuka Xazaradze: “Oyan, Gürcüstan! Gürcüstanın səssizcə aneksiyası gedir”
Öncəki yazı
“Rus təyyarələrinə yox!” – Tbilisi Beynəlxalq Aeroportunda etiraz yürüşü