Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrulayev nümayəndə heyəti ilə qonaq qismində Tbilisi Dövlət Universitetində olub.
Səfər çərçivəsində TDU-nun rektoru akademik Jaba Samushia, Gürcüstanın təhsil və elm nazirinin müavini Nodar Papukaşvili, Azərbaycan Respublikasının təhsil naziri Emin Amrulayev və Azərbaycan Diplomatik Akademiyası Universitetinin (ADA) rektoru Hafiz Paşayev TDU – nun ikinci korpusunda əsaslı təmir olunmuş “Heydər Əliyev” adına auditoriyanın açılış mərasimin ediblər.
“Bu auditoriya gələcəkdə azərbaycanşünaslıq mərkəzinə çevriləcək, çünki Azərbaycanla Gürcüstan arasında çox mehriban qonşuluq münasibətləri var. Bu əlaqələri həm elm, həm də təhsil sahəsində daha da dərinləşdirmək lazımdır. Bu iki ölkənin mədəni irsi ilə bağlı birgə araşdırmalar aparmaq lazımdır və biz bu istiqamətdə konkret addımlar atmağı planlaşdırırıq”, – deyə TDU-nun rektoru Jaba Samushia bildirib.
“Biz gələcəyi yaradırıq – gürcü və azərbaycanlı gənclər və professorlar bu auditoriyanın açılmasından çox faydalanacaqlar, çünki bu, bizim aramızda təhsil əlaqələrinin dərinləşməsinə və inkişafına töhfə verəcək”, – deyə Azərbaycan Respublikanın təhsil naziri Emin Əmrulayev bildirib.