This is a specific ad

Gürcüstan şərab və spirtli içkilərin ixracından rekord gəlir əldə edib

40

Another advertisement

2024-cü ildə Gürcüstan 565 milyon ABŞ dolları dəyərində şərab və spirtli içkilər ixrac edib ki, bu da 2023-cü ilin analoji göstəricisindən 24% çoxdur.

Milli Şərab Agentliyinin verdiyi məlumata görə, ötən il Gürcüstan dünyanın 72 ölkəsinə 276,1 milyon dollar dəyərində 95 milyon litrə yaxın şərab ixrac edib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm artımı 6%, gəlir artımı isə 7% təşkil edib.

İxrac aşağıdakı ölkələrə artıb: Polşa – 12% (6,7 milyon litr), Almaniya – 30% (1,28 milyon litr), ABŞ – 32% (1,2 milyon litr), Litva – 11% (707 min litr), Böyük Britaniya – 42% (425,6 min litr), Türkiyə – 62% (538 min litr), Azərbaycan – 34% (237 min litr), Kanada – 16% (198 min litr), İsrail – 2% (314 min litr), Birləşmiş Ştatların Ərəb Əmirliyi – 80% (70 min litr), Cənubi Koreya – 26% (72,5 min litr) və s.

Bundan əlavə, Milli Şərab Agentliyinin məlumatına görə, dünyanın 56 ölkəsinə 48 milyon litr spirtli içki ixrac edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 53% artım deməkdir. Alkoqollu içkilərin ixracından 289 milyon dollara qədər (artım 47%) gəlir əldə edilib.

Sonrakı yazı
 “Daxili siyasi nöqteyi-nəzərdən 2025-ci il çox vacib olacaq”-İrakli Kobaxidze
Öncəki yazı
Azərbaycanda ilk dəfə “Meymunçiçəyi” virusuna yoluxma halı qeydə alınıb