This is a specific ad

Şəhidlər ölməz, Vətən bölünməz!

86

Another advertisement

Bildiyimiz kimi, 1990-cı illərin əvvəllərində artıq Azərbaycanda geniş azadlıq mübarizəsi başlamışdı. Bu mübarizənin əsas hərəkətverici qüvvəsi gənclər, tələbələr idi. 1990-cı ilin 20 yanvarında rus-Sovet qoşunları Bakı şəhərinə daxil oldular.
Qarşılarına çıxan hər kəsi və hər şeyi məhv etməyə çalışırdılar.
Bu gün 35 il öncə, 1990-cı ilin yanvarında Bakı faciəsində şəhid olmuş, əslən Marneuli rayonunun Kirəc Muğanlı sakini olan Vəfadar Eminovun ailəsində olduq.

Vəfadar Eminov bu ərəfədə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 1-cı kurs tələbəsi olmuşdur.
Ailəsi deyir ki, o uşaqlıqdan hüquqşünas olmaq istəyirdi və bunun arxasınca getdi.
Ailə üzvlərinin və yaxınlarının qeyd etdiyinə əsasən Vəfadar 22 yanvar 1990-cı ildə yaralılara qan vermək məqsədilə evdən çıxmış və xəstəxana önündə düşmən gülləsinin qurbanı olmuşdur.
Beləliklə, o azadlıq uğrunda qəhrəmancasına şəhid olmuşdur.
Hər il ənənəvi şəkildə olduğu kimi, bu il də biz, Gürcüstan Azərbaycanlıları Konqresi və QafqazTürk Media ailəsi olaraq, şəhidimizin ailəsinin yanında olduq.


Onun üçün hazırlanmış ehsan süfrəsində əyləşdik.
Qəhrəman şəhidi yad etmək üçün Azərbaycanın Gürcüstandakı Səfirlik nümayəndələri də təşrif buyurmuşdular.
Azərbaycan səfirliyinin I katibi Cavid Məhərrəmov azadlıq uğrunda canından keçən hər bir şəxsin çox dəyərli  və unudulmaz olduğunu vurğuladı.
Qonaqlar həmçinin şəhid Vəfadar Eminovun gənclik şəkillərinə baxdılar, bacısının onun üçün yazdığı kitabı vərəqlədilər.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov da bu qəhrəmanlığın verdiyi qürurdan, şəhidlik zirvəsinə qalxmağın dəyərindən danışdı.
Həmçinin, I və II Qarabağ müharibəsində Borçalıdan olan gənclərin göstərdiyi qəhrəmanlığın danılmaz və təqdirəlayiq olduğunu vurğuladı.
Şəhidin qardaşı, yaxın qohumları onunla bağlı xatirələrini bölüşdülər.
Biz bir daha şəhid olmuş 20 yanvar faciəsində qəhrəmancasına şəhid olmuş Vəfadar Eminova Allahdan rəhmət diləyirik!

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
20 Yanvar həm hüzn, həm də qürur günümüz
Öncəki yazı
İranda 3 hakim hücuma məruz qalıb-Ölən və yaralanan var