This is a specific ad

Ədliyyə nazirinin müavini vəzifəsinə bu şəxs təyin edilib

25

Another advertisement

Gürcüstanın ədliyyə naziri Anri Oxanaşvili İrakli Beraianı nazir müavini vəzifəsinə təyin edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Ədliyyə Nazirliyi yayıb.

“İrakli Beraia ixtisasca iqtisadçıdır. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin İqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. İrakli Beraia qanunvericilik fəaliyyətində çoxillik təcrübəyə malikdir; O, Gürcüstan parlamentinin 9, 10 və 11-ci çağırışlarının deputatı olub. İrakli Beraia siyasətə gəlməmişdən əvvəl bank sektorunda uğurlu karyera qurmuşdu”, – Nazirliyin məlumatında deyilir.

 

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Qətər İsrail və HƏMAS-a atəşkəs və girovların azad edilməsi sazişinin yekun layihəsini təqdim edib
Öncəki yazı
Sabaha olan valyuta məzənnəsi bəllidir