This is a specific ad

“Zelenski Avropada dilənçilik edir”-Robert Fiko

37

Another advertisement

“Ukrayna prezidenti Vladimir Zelenski Avropada “dilənçilik edir” və “başqalarını şantaj edir”.

QafqazTürk Media xəbər verir ki, Fiko bu barədə parlament komitəsində çıxışı zamanı bildirib.

“O, Avropanı dolaşır, sadəcə dilənir və başqalarını şantaj edir, pul istəyir. Bu dayandırılmalıdır”- Fiko qeyd edib.

Parlament komitəsinin iclasını Fikodan Moskvada Rusiya lideri Vladimir Putinlə görüşü ilə bağlı izahat tələb edən müxalifət tələb edib, həmçinin Ukrayna ərazisindən Rusiya qazının tranzitinin kəsilməsi ilə bağlı Slovakiyanın növbəti addımları barədə məlumat istəyib.

Fiko-nun sözlərinə görə, Ukraynadan Slovakiyaya qaz tranziti məsələsinin həlli üçün iki variant hazırlanıb və Ukraynanın baş naziri Denis Şmıxal buna razılıq verib.

Bunlardan biri Rusiya və Azərbaycan arasında Slovakiyaya Azərbaycan qazının tədarükünə dair razılaşma olmalı idi, lakin Fikoya görə, bu razılaşma Vladimir Zelenski tərəfindən pozulub.

İkinci variant SPP şirkətinin Ukrayna vasitəsilə Slovakiyaya qaz nəql etmək üçün Rusiya-Ukrayna sərhədində törəmə müəssisə yaratmaq təklifi idi.

Fiko Ukrayna prezidentini etibarsız adlandırıb. Bundan əlavə, onun sözlərinə görə, enerji təchizatı məsələsində Rusiya həmişə etibarlı tərəfdaş olub.

“Ukraynadan fərqli olaraq, biz heç vaxt Rusiyaya yalan danışmamışıq”, – Fiko qeyd edib.

Sonrakı yazı
İnsanların beyninə ÇİP yerləşdirilir, 2025-ci ildə… – Maskdan ŞOK AÇIQLAMA
Öncəki yazı
Tbilisidə aksiya davam edir