This is a specific ad

Unutsaq, unudularıq!

70

Another advertisement

 Unutsaq, unudularıq!

Bu gün fəxrimiz, dostumuz, sağlığında heykəlləşən Xalq şairi Zəlimxan Yaqubun (1950.21.01- 2016.9.01) Anım günüdür; vəfatından 9 il ötür.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqaz Türk Media ailəsi olaraq, onu təkcə böyük şairə olan sevgilər fonunda deyil, həm də ailəmizin sevimli üzvü olaraq, ehtiram və hörmətlə anırıq. Uca Allahdan rəhmət diləyirik!

O, təkcə Gürcüstanın, Borçalının deyil, həmçinin Azərbaycanın və bütövlükdə böyük Türk Dünyasının fəxridir.

Azərbaycan-Gürcüstan əlaqələrini uca zirvələrə daşıyan ən böyük vətənsevər, yurdsevər insanlarımızdan biri olub. Azərbaycanın və Gürcüstanın ali mükafatları ilə təltif edilməsi də bundan xəbər verir.

Ən böyük mükafatı isə həm Gürcüstanda, həm də Azərbaycanda ona bəslənilən ümumxalq sevgisi olub.

Müasir Azərbaycan ədəbiyyatının yeni mərhələsində Zəlimxan Yaqubun çoxcəhətli yaradıcılığı əsl ədəbi hadisədir!

Onun əsərləri xalqımıza məxsus mütləq dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edir.

 GAKQafqaz Türk Media ailəsi olaraq, şairlə bağlı planlarımız böyükdür. İnşallah, 75 illiyi günündə açıqlayacağıq.

 Torpağın nurlu olsun, əziz qardaş, etibarlı dost, böyük insan və böyük Şair!

 Səni unutsaq, unudularıq!

Sonrakı yazı
Yol-nəqliyyat hadisəsi baş verib-Ölən var
Öncəki yazı
Türkiyə hökuməti ordunu döyüş hazırlığı vəziyyətinə gətirib