This is a specific ad

Bu gün xalq şairi Zəlimxan Yaqubun anım günüdür

169

Another advertisement

Bu gün xalq şairi Zəlimxan Yaqubun anım günüdür.

Azərbaycan poeziyasında Səməd Vurğun qədər sözünü demiş, tanınmış şair olmuşdur.

Zəlimxan Yaqub 1950-ci ilin yanvarın 21-də Borçalı mahalının, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.

1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Zəlimxan Yaqub Borçalı mahalında yetişən ədiblərin içində  sayılıb-seçilən, təkcə doğulduğu Borçalı yurdunu deyil, eyni zamanda Azərbaycanı bütün dünyaya tanıtdıran dahi şəxsiyyətlərdən biri olmuşdur.

Zəlimxanın yaradıcılığı təkcə poeziya ilə bitmir. O, həm də ictimai-siyasi xadimdir.

1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Bolnisi rayonunun “Qəbələ bayrağı” adlı qəzetində dərc edilmişdir.

Zəlimxan həminin Azərbaycan Aşıqlar Birliyinin sədri olmuşdur.

Zəlimxan Yaqub çalışırdı ki, əlində saz tutan, dili bir kəlmə söz deməyi bacaran hər hansı saz-söz adamı var idisə, onunla görüşsün.

O, öz sadəliyi, torpağa, vətənə və millətə olan bağlılığı ilə seçilirdi.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqazTürk Media ailəsi olaraq, Zəlimxan Yaqubun yaradılıcılığını xəzinə olaraq görür, onun kimi şəxsiyyətin var olmasından qürur duyduğumuzu bildiririk.

Onun toplu  şeirləri və kitabları Gürcü dilinə tərcümə edilmişdir.

Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkmiş, 2016-cı ilin 9 yanvar tarixində dünyasını dəyişmişdir. Bakı şəhərində I Fəxri Xiyabanda dəfn edilmişdir.

Zəlimxan Yaqubdan dastan yazsaq, kifayət etməz. Hər kəlməsi bir şeir olan böyük şəxsiyyətə Allahdan rəhmət diləyirik.

Sonda isə Zəlimxan Yaqubun dilindən deyirik:

Çöldə çiçək oldum, çəməndə naxış,

Şimşəkdə od oldum, buludda yağış.

Sirli bir göz gördüm, nurlu bir baxış,

Çevrildim çeşməyə, qarışdım çaya,

Səni sevmək üçün gəldim dünyaya.

Sonrakı yazı
Paşinyan Azərbaycana təkliflərini yaydı – Nələr var?
Öncəki yazı
“არც სლოვაკეთი და არც ევროკავშირი არ არიან საომარ მდგომარეობაში, ჩვენ არ გვაქვს მიზეზი, შევეგუოთ ზელენსკის ავანტიურას” – რობერტ ფიცო