• 28 Fevral 2025 04:30

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Azərbaycan prezidenti İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb

ByTürkan Şahverdova

Yan 8, 2025
Another advertisement

“Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar”.

 QafqazTürk Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Qərbi azərbaycanlıların oradan əsassız qovulduqlarını vurğulayan dövlət başçısı əlavə edib ki, onların qayıtmaları üçün tam hüquqları vardır.

“Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy onu əyani şəkildə göstərsin”, – deyən Prezident, həmçinin vurğulayıb: “Bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana, o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər”.

0