This is a specific ad

“Xalq mənim arxamdadır”-İlham Əliyev

48

Another advertisement

“Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən  onların hər birinin arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir”.

QafqazTürk Media xəbər verir ki, bu fikri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

“Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da fəxr edə bilərik ölkəmizlə, ilk növbədə, xalqımızla”, – deyə Azərbaycan Respublikasının prezidenti vurğulayıb.

Kateqoriya: Dünya, Region, Siyasət
Sonrakı yazı
Azərbaycan prezidenti İlham Əliyev telekanallara müsahibəsində Qərbi Azərbaycan məsələsindən danışıb
Öncəki yazı
Ukaynadan Gürcüstana içərisində partlayıcı qurğu olan bağlama göndərilib