This is a specific ad

Ukaynadan Gürcüstana içərisində partlayıcı qurğu olan bağlama göndərilib

90

Another advertisement

Moldovanın paytaxtı Kişinyov hava limanında partlayıcı qurğu olan bağlama aşkar edilib.

Qeyd edək ki, bağlama Ukranadan Gürcüstana göndərilirmiş.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Moldova mətbuatı yayıb.

KİV-in məlumatına görə, oyuncaq avtomobildə partlayıcı qurğu quraşdırılıb. O, dərhal sərhədçilərin diqqətini çəkib. Sərhədçilər onu rentgen skaneri vasitəsilə yoxlayıblar və bu zaman partlayıcı qurğu da aşkar edilib.

Artıq şübhəli bağlama Tbilisiyə uçmalı olan təyyarəyə yüklənirmiş. Partlayıcı qurğunu dəqiq kimin göndərdiyi və Tbilisidə kimin almalı olduğu hələlik məlum deyil.

Kateqoriya: Cəmiyyət, Cinayət, Dünya
Sonrakı yazı
“Xalq mənim arxamdadır”-İlham Əliyev
Öncəki yazı
“Gürcü Arzusu”nun siyasi şurası bəyanat yayır