This is a specific ad

Qabalda orta yaşlı kişi meyiti tapılıb

84

Another advertisement

Laqodexi bələdiyyəsinin Qabal kəndində 40 yaşlarında kişi meyiti tapılıb.

Yerli sakinlərin sözlərinə görə, zədələnmiş meyit qəbiristanlığın yaxınlığında aşkar edilib.

Kənd əhalisi şəxsin qəbirqazan işlədiyi və bir neçə ay öncə əhalinin bir hissəsi ilə münaqişəsi olduğu üçün öldürüldüyünü bildirib.

Münaqişədən sonra kişi yoxa çıxıb.

İtkin düşəndən bir neçə gün sonra həmin şəxsin əvvəlcə telefonu və şəxsiyyət vəsiqəsi, daha sonra isə meyiti tapılıb.

Sonrakı yazı
Parlament sədri və deputatlar Milad payını Alilo iştirakçılarına təqdim ediblər
Öncəki yazı
“Polşa Ukraynanı elektrik enerjisi ilə təmin etməyə hazırdır”-Paulina Henniq-Kloska