Another advertisement
Nə sən döndün, nə biz döndük
6 Yanvar XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin xatirəsini anma günüdür.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, unudulmaz şairi hörmətlə xatırlayır, ona uca Allahdan rəhmət diləyirik!
Xatırladırıq ki, bu gün nakam şairin vəfatından 87 il ötür.
Bu münasibətlə onun bir şeirini oxucularımıza təqdim edirik:
Yaşa, könül
Ah, bu uzun sevda yolu
Vurulurmu başa, könül!
Nişan aldım, kaman atdım,
Dəydi oxum daşa, könül!
Bir od düşdü buluduna,
Yandı könül eşq oduna,
Qaldın hicran umuduna,
Ey qırılan şişə könül!
Tərlansan, göydən enməzsən,
Bu torpaqda sevinməzsən,
Mən dönərəm, sən dönməzsən,
Yaşa, könül, yaşa, könül!