Another advertisement
Baş nazir İrakli Kobaxidze Gürcüstan hökuməti adından işğal altında olan Qali rayonunun Saberio kəndində baş vermiş yanğında həlak olan uşaqların ailəsinə başsağlığı verir.
“İşğal altında olan Qali rayonunun Saberio kəndində baş verən faciənin hər birimizə gətirdiyi böyük ağrını sözlə ifadə etmək mümkün deyil.
Gürcüstan hökuməti və şəxsən öz adımdan yanğında həlak olan uşaqların ailəsinə, yaxınlarına və bütün cəmiyyətimizə dərin hüznlə başsağlığı verirəm və dəstəyimi bildirirəm”, – İrakli Kobaxidze Gürcüstan hökumətinin yaydığı bəyanatda bildirib.