This is a specific ad

Dekabr ayında noyabrla müqayisədə qiymətlər artıb

44

Another advertisement

Dekabrda noyabr ayına nisbətən tərəvəzin qiyməti 5,3 faiz, yağın qiyməti isə 3 faiz bahalaşıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika Xidməti yayıb.

Süd, pendir və yumurtanın qiymətlərinə gəlincə, dekabrda əvvəlki ayla müqayisədə qiymət 2,4% artıb.

“2024-cü ilin dekabrında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi 0,7 faiz, illik inflyasiyanın səviyyəsi isə 1,9 faiz təşkil edib. Baza inflyasiyasına gəlincə, 2024-cü ilin dekabr ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2,3 faiz, tütünsüz illik baza inflyasiyası da 2,3 faiz müəyyən edilib.

Aylıq inflyasiya indeksinin formalaşmasına əsasən aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri təsir göstərmişdir:

Ərzaq və alkoqolsuz içkilər: Qrup üzrə qiymətlər 1,3 faiz artaraq, aylıq inflyasiya 0,46 faiz bəndlə əks olunub. Aşağıdakı alt qruplar üzrə qiymətlər bahalaşıb: tərəvəz  (5,3 faiz), yağ  (3,0 faiz), süd, pendir və yumurta (2,4 faiz), qəhvə, çay və kakao (1,0 faiz), ət və ət məhsulları (0,6 faiz), balıq (0,5 faiz). Bununla belə, qiymətlər aşağıdakı alt qruplar üzrə ucuzlaşıb: meyvə və üzüm (-1,0 faiz), mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr (-0,5 faiz);

Səhiyyə: Qrup üzrə qiymətlər 1,4 faiz artıb ki, bu da aylıq inflyasiya 0,14 faiz bəndlə əks olunur. Qiymətlər əsasən tibbi təyinatlı məhsullar, avadanlıqlar və cihazlar alt qrupunda (2,2 faiz) artıb.

Nəqliyyat: Verilən dövrdə qiymətlər 0,5 faiz artıb. Müvafiq olaraq, qrupun aylıq inflyasiyaya töhfəsi 0,06 faiz bəndi təşkil edib. Qiymətlər nəqliyyat xidmətləri (1,2 faiz), nəqliyyat vasitələrinin alışı (1,2 faiz), fərdi nəqliyyat vasitələrinin istismarı (0,2 faiz) artıb;

Geyim və ayaqqabı: qrup üzrə qiymətlər 1,8 faiz azalıb ki, bu da aylıq inflyasiyanı -0,07 faiz bəndi əks etdirir. “Həm ayaqqabı (-3,7 faiz), həm də geyim (-1,1 faiz) alt qrupları üzrə qiymətlər azalıb”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Ölkəmizdə Yeni il ərəfəsində pirotexniki vasitələrdən istifadə nəticəsində xəsarət alan 40 nəfər xəstəxanaya çatdırılıb
Öncəki yazı
Cənubi Koreyada prezidenti həbs edə bilməyiblər