This is a specific ad

Bu 5 ərzağı soyuducuda saxlamaq olmaz

68

Another advertisement

Bu 5 ərzağı soyuducuda saxlamaq olmaz:

Sarımsaq

Professor Qemeronun fikrincə, onu saxlamaq üçün ən yaxşı yer təxminən 15 dərəcə Selsi olan zirzəmidir. Sarımsaq soyuducuda saxlanılırsa, acı ola bilər. Sarımsağın saxlama müddətini artırmaq üçün onu yağda saxlamaq olar. Siz həmçinin dondura bilərsiniz.

Çörək

Ekspertin qeyd etdiyi kimi, çörəyi soyuducuda saxlamaq “teksturası və dadı baxımından keyfiyyətinin itirilməsinə” gətirib çıxarır. O, çörəyi saxlamağın ən yaxşı yolunun təmiz mətbəx dəsmalına bükülmüş kağız torbada otaq temperaturunda olduğunu söyləyib.

Şokolad

Soyuq onun yumşaqlığına təsir edir. Professor izah edib ki, temperaturun qəfil dəyişməsi şokoladın teksturasını dəyişir. Onu sərin yerdə, birbaşa işıqdan uzaqda, orijinal qablaşdırmada və ya hermetik qabda saxlamaq yaxşıdır.

Banan – Əgər soyuducuda çox tez saxlasanız, banan bərk və dadsız ola bilər.

Qəhvə – Həm bütöv, həm də üyüdülmüş qəhvə nəm udur və ətri və dadını itirir. Qəhvə saxlamaq üçün ən yaxşı yer sərin və quru yerdə hava keçirməyən qabdır.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
Cənubi Kaliforniyada kiçik helikopter mebel fabrikinin üzərinə düşüb
Öncəki yazı
Yorğunluğun yayılmış səbəbləri