This is a specific ad

Bir stəkan çay hər zaman var…

74

Another advertisement

Bir stəkan çay hər zaman var…

Bir müddət öncə əhalinin və kənd təsərrüfatının qeydiyyatdan keçməsi prosesində iştirak edirdim. Mənə öz doğma kəndim, Böyük Muğanlı düşmüşdü.

Gördüyüm münasibətdən sonra bütün bunları qələmə almasam, içim rahat olmaz.

Statistika məsələsi elə bir dönəmə düşdü ki, aksiyalar, seçki, qarşıqlıq, narahatçılıq və daha nələr-nələr…

Bütün bunlara baxmayaraq, insanların güvənərək şəxsi məlumatlarını bölüşməyi, rəftarı, qürurlu şəkildə baxmağı çox sevindirici idi.

Onların xoş münasibəti işin bütün çətinliyini unutdurur, yorğunluğu aradan qaldırırdı.

Soyuq havada durmağımıza icazə vermir, çay təklif edir, diqqətlə suallarımızı cavablayır, xoş arzularını bildirirdilər.

Qonaqpərvərliyimiz daim öz sözünü deyir.

İnsanın mənliyi və kimliyi çox önəmlidir.

Mən istərəm ki, hər kəs bunu dərk etsin və şəxsiyyətini qorusun.

Mən həqiqətən bir daha fəxr etdim ki, azərbaycanlıyam.

Çox gözəl ürəyə sahib millətik.

Harada və nə zaman olmağından asılı olmayaraq daim həmrəy olmağı, birliyi qorumağı və insan olduğumuzu unutmamağı arzu edirəm.

Qəlbimizdə daim istilik olsun, elimiz var olsun!

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Tbilisidə etiraz aksiyası davam edir
Öncəki yazı
Şam ağacını nə vaxt götürməliyik?