Another advertisement
ABŞ-ın Yeni Orlean şəhərində avtomobilin izdihamın üzərinə çırpılması nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə şəhərin fövqəladə hallara hazırlıq agentliyi məlumat yayıb.
Məlumata görə, insident yerli vaxtla saat 3-də Yeni Orlean şəhərinin Fransız məhəlləsində baş verib. Yaralılar Yeni Orleanın Təcili Tibbi Yardımı tərəfindən xəstəxanaya çatdırılıb.