Narın əvəzolunmaz faydaları ilə tanış olun

115

Necə deyərlər, müntəzəm olaraq nar yesək, ürək saat kimi işləyəcək və qocalıq uzun müddət qapımızı döyməyəcək.

QafqazTürk Media təqdim edir:

-Nar orqanizmi faydalı maddələrlə təmin edir. Tərkibi 5-i əvəzolunmaz olan 15 amin turşusu, həmçinin K, С, В9, В6 vitaminləri və minerallarla (kalium, mis, fosfor) zəngindir. Bundan əlavə, nar aşağı kalorili məhsuldur.

-Nar ürəyi gücləndirir. Tərkibində punicalagin boldur. Bu maddə sərbəst radikalları neytrallaşdırır və antioksidant statusunu artırır. O, həmçinin qan damarlarının divarlarını gücləndirir və qanda pis xolesterinin səviyyəsini aşağı salır.

– Nar artrozun inkişafının qarşısını alır. Sümüklərin və birləşdirici toxumaların mübadiləsində, kalsiumun mənimsənilməsində mühüm rol oynayan K vitamini ilə zəngindir. Nar qığırdaq toxumasının deformasiyasının qarşısını alır, iltihabı aradan qaldırır və şişkinliyi azaldır.

– Nar dişlər üçün faydalıdır. Onun suyu diş lövhəsini çıxarmağa kömək edir, antimikrobiyal və antiviral xüsusiyyətlərə malikdir, ağız boşluğunu bakteriyalardan təmizləyir, bu da diş əti xəstəliklərinin inkişaf riskini azaldır.

– Nar orqanizmi xərçəngdən qoruyur, onun müntəzəm qəbulu süd vəzisi xərçənginə tutulma riskini bir qədər azaldır. Nar suyu xərçəng hüceyrələrinin böyüməsini maneə törədir.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
Avtomobilin izdihamın üzərinə çırpılması nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb
Öncəki yazı
Bu gündən Tbilisidə pik saatlarda nəqliyyatın hərəkətinə məhdudiyyət distribyutorlara da şamil ediləcək