Another advertisement
Tbilisi meriyası ictimai nəqliyyatın işləmə qaydası ilə bağlı məlumat yayıb.
Həmişə olduğu kimi, Yeni il ərəfəsində də paytaxtın ictimai nəqliyyatı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Gücləndirilmiş rejim həm metro, həm də avtobuslara təsir edəcək. İctimai nəqliyyat yanvarın 1-i saat 03:00-dək sərnişinlərə xidmət göstərəcək.
Milad gecəsinə gəlincə, metro ilə sərnişindaşıma xidməti yanvarın 7-si saat 00:00-dan 7 yanvar saat 03:00-dək uzadılacaq və sərnişinlərə xidmət ödənişsiz olacaq”, – Tbilisi meriyasının yaydığı məlumatda deyilir.