Another advertisement
Türkiyənin hüquq-mühafizə orqanları “İslam Dövləti”nə qarşı genişmiqyaslı əməliyyat keçiriblər.
QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Onların verdiyi məlumata görə, əməliyyat 12 gün davam edib və ölkənin 57 rayonunu əhatə edib.
Əməliyyat çərçivəsində “İslam Dövləti”nin üzvü və ya onunla əlaqəsi olan 536 nəfər həbs edilib.