This is a specific ad

Türkiyəli jurnalist Erbil Hüryurt “QafqazTürk” medianın qonağı oldu

68

Another advertisement

Türkiyəli jurnalist, tarixçi, araşdırmaçı, Türkiyə Kommunikasiyalar Başkanlığının mətbuat kartı sahibi Erbil Hüryurt “QafqazTürk” medianın qonağı olub.

QafqazTürk.com xəbər verir ki, o, jurnalistika və internet jurnalistikası mövzusunda mühazirə oxuyub və təcrübələrini bölüşüb.

O, “QafqazTürk Media”nın fəaliyyətə başlamasından çox məmnun olduğunu bildirib.

“Düşünürəm ki, həm ənənəvi medianın transformasiyasını, həm bu sahədə yeni mediadan necə daha yaxşı istifadə edə biləcəklərini, həm də təcrübələrini necə qarışdırdıqlarını izah edərək gələcəkdə rəqəmsal medianın imkanları ilə jurnalistika və araşdırma jurnalistikasında daha səmərəli, sürətli və doğru xəbərlər çıxarmaq üçün gənc dostlara töhfə verəcəyəm”, – deyə Erbil Hüryurt bildirib.

Türkiyə-Gürcüstan əlaqələrinin hər sahədə genişlənməsinə töhfə vermək üçün bu gün burada olduğunu deyən Hüryurt Türkiyənin Gürcüstanın müstəqilliyini tanıyan ilk ölkə olduğunu, yüzdən çox dostluq, əməkdaşlıq və mehriban qonşuluq müqavilələri bağlandığını və bundan sonra media sahəsində geniş əməkdaşlığın olacağını vurğulayıb.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bu şəxslərə Azərbaycanda daimi yaşamaq icazəsi verildi
Öncəki yazı
Ərdoğan: “Teatr qurdular, indi də vicdansızlıq nümayiş etdirirlər”