Kanadanın Halifax şəhərindəki Stenfild beynəlxalq hava limanında Air Canada şirkətinə məxsus təyyarə qəzaya uğrayıb və alovlanıb.
KİV-in verdiyi məlumata görə, təyyarə uçuş-enmə zolağına məcburi eniş edib, sürüşərək alovlanıb. Qəza nəticəsində sərnişinlər yüngül bədən xəsarətləri alıblar.
Sərnişinlərin mediaya verdikləri açıqlamaya əsasən eniş zamanı təyyarə bir tərəfə dönüb və yan eniş edib, bundan sonra güclü qəza səsi eşidilib. Təyyarə uçuş-enmə zolağında yan tərəfə sürüşərək alovlanıb.
Sərnişinlərin plana uyğun olaraq vaxtında təyyarədən təxliyyəsi həyata keçirilib, bundan sonra onlar avtobus vasitəsilə təyyarənin qəzaya uğradığı yerdən uzaqlaşdırılıb. Təcili enişin səbəbi hələlik məlum deyil, araşdırmalar davam edir.