Another advertisement
Bu il rus işğalçıları 421 mindən çox əsgərini itirib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski bildirib.
“2024-cü ilin əvvəlindən hücumda iştirak edən işğalçıların ümumi itkiləri artıq 421 min ölü və yaralını ötüb. Beləliklə, bu il Ukraynanın işğalından sonra ən böyük bədəli ruslar ödəyib”, – Aleksandr Sirski qeyd edib.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının sözlərinə görə, Rusiya qüvvələrinin ümumi itkiləri təxminən 785 min hərbçini təşkil edir.