Another advertisement
Marneuli bələdiyyəsinin verdiyi məlumata görə, Marneuli bələdiyyəsinin 2025-ci il büdcəsi 64644000 milyon lari təşkil edir.
Meriyanın yaydığı məlumatda qeyd edildiyi kimi, 2024-cü ilin birinci təsdiq edilmiş planı ilə müqayisədə bələdiyyənin büdcəsi öz gəlirləri hissəsində 9 milyon lari artıb.
“Qeyd edək ki, cari məbləğə dövlət büdcəsindən ayrılan subsidiyalar daxil deyil, onun məbləği Regional İnkişaf Fondu tərəfindən bələdiyyələrə hər il ayrılan pul məbləği ilə müəyyən edilir”, – məlumatda deyilir.