Another advertisement
Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkə parlamentini buraxıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.
Frank-Valter Ştaynmayer dekabrın 16-da Bundestaqın Almaniya kansleri Olaf Şoltsun hökumətinə etimadsızlıq ifadə etməsindən sonra bu qərarı verib.
Almaniyada erkən parlament seçkilərinin 23 fevral 2025-ci ildə keçiriləcəyi gözlənilir.
Almaniya hökumətində böhran Almaniya kanslerinin noyabrın 6-da maliyyə naziri, “Azad Demokratlar”ın üzvü Kristian Lindneri vəzifəsindən azad etmək qərarına gəlməsindən sonra başlayıb. Bu səbəbdən “Sosial Demokratlar”, “Yaşıllar” və “Azad Demokratlar”ın daxil olduğu hakim koalisiya dağılıb.