Another advertisement
Gürcüstanın ədliyyə naziri Anri Oxanaşvili Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbayla görüşüb.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, tanışlıq görüşündə tərəflər hər iki ölkənin hüquq sahəsində səlahiyyətli qurumları arasında sıx və səmərəli koordinasiyadan danışıb və gələcəkdə qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını bildiriblər.
Bundan əlavə, Ədliyyə Nazirliyində keçirilən görüşdə Gürcüstanın ədliyyə nazirinin müavinləri Beka Camaşvili və Niko Tatulaşvili və Türkiyə səfirliyinin konsulluq şöbəsinin rəhbəri Boran Can Koçboğanın da iştirak etdiyini qeyd edirlər.