This is a specific ad

Fransa Senatı Qolodomoru tanıyıb

44

Another advertisement

Fransa Senatı səs çoxluğu ilə Ukraynada 1932-1933-cü illərdəki soyqırımı tanıyan qətnamə qəbul edib.

QafqazTürk “Report” -a istinadən xəbər verir ki, bu barədə Fransa parlamentinin yuxarı palatasının rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

“Biz Fransa hökumətini 1932-1933-cü illərdə sovet hakimiyyəti tərəfindən milyonlarla ukraynalının aclıq, deportasiyası və məhvini soyqırımı kimi tanımağa çağırırıq”, – qətnamədə bildirilir.

2022-ci ilin dekabrında Avropa Parlamenti Ukraynada 1932-1933-cü illərdə baş vermiş aclığı soyqırım kimi tanıyıb. Qətnaməni 507 deputat dəstəkləyib.

Sonrakı yazı
Qoridə az yaşlı uşaq suçiçəyi xəstəliyindən dünyasını dəyişib
Öncəki yazı
İrakli Ğaribaşvil: biz birlikdə Avropa qitəsində sülh və sabitlik məqsədinə nail ola bilərik