Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Milli Meşə Təsərrüfatı Agentliyinin rayon meşə təsərrüfatı xidmətinin əməkdaşları tərəfindən cari ildə 721 qanun pozuntusu faktı aşkar edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin Milli Meşə Təsərrüfatı Agentliyi yayıb.
Onların hesabatlarına görə, il ərzində 619 qanunsuz ağac kəsilməsi və daşınması faktı, o cümlədən dövlət qeydiyyatına alınmayan mişar zavodları aşkar edilib.
“Təbii həyətlər”də saxlanılan ehtiyatların həcmi 1125 kubmetr təşkil edib. Həmçinin rayon meşə təsərrüfatı xidmətinin əməkdaşları tərəfindən dövlət meşə fondunda 78, müxtəlif növ inzibati xətalarla bağlı isə 24 fakt müəyyən edilmişdir.
“Aşkar edilmiş qanun pozuntuları arasında cinayət tərkibinin əlamətləri olan faktlar da var. Qanun pozuntularının aşkar edilməsi məqsədilə dövlət meşəsində yerləşdirilən fototələlər və pilotsuz uçuş aparatları vasitəsilə patrul xidməti ilə yanaşı monitorinqlər də həyata keçirilir. Biz gələcəkdə də bu istiqamətdə işi fəal şəkildə davam etdirəcəyik”, – deyə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Kaxa Kakabadze bildirib.