• 01 Mart 2025 21:32

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Bu partiya dövlət maliyyəsi almaqdan imtina edib

ByTürkan Şahverdova

Dek 27, 2024
Another advertisement

Parlament seçkilərinin nəticələrinə əsasən 6 siyasi birlik maliyyə alacaq.

QafqazTürk Media xəbər verir ki, bu barədə MSK-nın məlumat yayıb.

MSK-nın izahatına edir ki, qanunvericiliyə əsasən, oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, yeni seçilmiş parlamentin səlahiyyətlərinin tanınmasının ikinci günündən noyabrın 26-dan etibarən maliyyə almaq hüququnu aşağıdakı yeddi siyasi birlik qazanıb.  “Gürcü arzusu – Demokratik Gürcüstan”; “Vahid Milli Hərəkat”; “Dəyişiklik Koalisiyası – Qvaramiya Melia Qirçi Zamanıdır”; ” Qaxariya Gürcüstan üçün”; ” Lelo Gürcüstan üçün “; “Gürcüstan Patriotları Alyansı”; “Yeni siyasi mərkəz – Qirçi”.

Çeskonun sözlərinə görə, “Dəyişiklik Koalisiyası- Qvaramiya Melia Qirçi zamanıdır” partiyası maliyyə almaqdan imtina edib.

“Siyasi birliklərə parlament seçkilərinin nəticələrinə əsasən alınmış maliyyə vəsaitindən imtina üçün verilən müddət  dekabrın 26-sı saat 18:00-da başa çatıb”, – deyə məlumatda bildirilir.