This is a specific ad

Qori bələdiyyəsinin Kvemo Nikozi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşı qanunsuz olaraq saxlanılıb

36

Another advertisement

Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Kvemo Nikozi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

QafqazTürk Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Onların verdiyi məlumata görə, daha bir qanunsuz həbs faktı ilə bağlı məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.

“Qeyri-qanuni həbsdə olan Gürcüstan vətəndaşlarının ən qısa müddətdə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, – bəyanatda deyilir.

Kateqoriya: Cəmiyyət, Cinayət
Sonrakı yazı
Rusiya Fransadan Ukraynadakı münaqişə ilə bağlı Kiyevin iştirakı olmadan dialoqun başlanması ilə bağlı təkliflər alıb
Öncəki yazı
Tbilisidə atışma olub