Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin bəyanatına görə, seçkilər kollegiyası tərəfindən seçilmiş prezident Mixail Kavelaşvilinin andiçmə mərasiminə səfirlər dəvət edilməyib.
Onun sözlərinə görə, inauqurasiyaya xarici ölkələrin nümayəndələrini dəvət etmək qərarına gəlməyib.
“Səfirlər dəvət olunmur. Mən hətta bu inauqurasiyaya xarici ölkələrin nümayəndələrini dəvət etmək qərarına da gəlməmişəm. Eyni zamanda, təbii ki, zalın da müəyyən məhdudiyyətləri var. Əsas odur ki, bu rəsmi mərasimdir ki, seçki kollegiyasının üzvlərinin iştirakı, həmçinin konstitusiya orqanlarının tam təmsil olunması üçün vacibdir”, – Papuaşvili bildirib.
Məlumat üçün bildirək ki, dekabrın 29-da Gürcüstan parlamentinin iclas zalında Mixail Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək.