Another advertisement
Suriyada Bəşər Əsədi dəstəkləyən qüvvələrlə qarşıdurma nəticəsində 14 polis həlak olub.
QafqazTürk Media xəbər verir ki, bu barədə Suriyanın daxili işlər naziri məlumat yayıb.
Suriya daxili işlər nazirinin sözlərinə görə, keçmiş prezident Bəşər Əsədi dəstəkləyən qüvvələr Tartus şəhəri yaxınlığında polisə qəfil hücum edib, nəticədə 14 polis ölüb, 10-u yaralanıb.
Nazirin sözlərinə görə, “Suriyanın təhlükəsizliyini pozmağa və əhalini təhlükəyə atmağa cəsarət edən hər kəsə qarşı sərt tədbirlər görüləcək”.
Bununla yanaşı, Suriya dövlət mediasının məlumatına görə, yerli Ələvi və Şiə müsəlman dini icmalarının üzvlərinin nümayişlərindən sonra başlayan iğtişaşlardan sonra polis Homs şəhərində “komendant saatı” tətbiq edib.