This is a specific ad

Qara Dəniz “Taxıl Dəhlizi” Sazişi – Nə baş verir?

85

Another advertisement

Qara Dəniz “Taxıl Dəhlizi” Sazişinin müddəti iki ay uzadıldı.

QafqazTürk xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, o, rus və ukraynalı həmkarlarına, eləcə də BMT-nin baş katibi Antonio Quterreşə göstərdikləri səylərə görə təşəkkür edir.

BMT, Türkiyə, Rusiya və Ukrayna ilkin olaraq ötən ilin iyulunda İstanbulda Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra 2022-ci ilin fevralında dayandırılmış Ukraynanın üç Qara dəniz limanından taxıl ixracını bərpa etmək üçün saziş imzalayıblar.

“Ölkəmizin səyləri, rus dostlarımızın dəstəyi və ukraynalı dostlarımızın töhfəsi ilə Qara Dəniz Taxıl Dəhlizi Sazişinin daha iki ay müddətinə uzadılması qərara alındı. Biz ümid edirik ki, Rusiya ilə Ukrayna arasında müharibənin sona çatacağı günləri əvvəlcə daimi atəşkəslə, sonra isə sülhlə görəcəyik. Bundan başqa, rus dostlarımız türk gəmilərinin Mikolayev və Olvia limanlarından çıxmasına mane olmayacaqlarını açıqlayıblar. Biz buna görə minnətdarıq”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Sonrakı yazı
İrakli Ğaribaşvil: biz birlikdə Avropa qitəsində sülh və sabitlik məqsədinə nail ola bilərik
Öncəki yazı
Paşinyan: Azərbaycan və Ermənistan 1991-ci il Almatı bəyannaməsində göstərilən inzibati sərhədləri dövlət sərhədləri kimi tanımağa razılaşıblar – ƏTRAFLI