Another advertisement
Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev dekabrın 26-nı ölkədə matəm günü elan edib.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları”nın Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsi bu gün Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Son məlumatlara görə, təyyarə qəzasında 28 nəfər sağ qalıb.