• 11 Mart 2025 11:04

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

İlham Əliyev Qazaxıstanda baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib

ByTürkan Şahverdova

Dek 25, 2024
Another advertisement

İlham Əliyev Qazaxıstanda baş verən təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib.

“Bakı-Qroznı marşrutu üzrə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Azərbaycan prezidenti sosial şəbəkədə yazıb

Bundan başqa, Azərbaycan prezidentinin mətbuat xidmətinin  verdiyi məlumata  görə, İlham Əliyev MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak etməyəcək.

“Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Rusiyaya uçarkən təyyarənin qəzaya uğraması xəbərini alıb. Dərhal geri qayıtmağı əmr edib. Təyyarə qəzası ilə bağlı məsələlər dövlət başçısının şəxsi nəzarətindədir”, – Azərbaycan Prezidentinin mətbuat xidmətinin bəyanatında deyilir.