This is a specific ad

Paşinyan: Azərbaycan və Ermənistan 1991-ci il Almatı bəyannaməsində göstərilən inzibati sərhədləri dövlət sərhədləri kimi tanımağa razılaşıblar – ƏTRAFLI

28

Another advertisement

Ermənistan Azərbaycan ərazisinin 86600 kvadrat kilometr, Azərbaycan isə buna cavab olaraq Ermənistan ərazisini 29800 kvadrat kilometr ərazisini tanıyır.

QafqazTürk xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə keçirilən sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər bir neçə gün əvvəl Avropa İttifaqının vasitəçiliyi ilə razılığa gəlib və 1991-ci il Almatı bəyannaməsində göstərilən inzibati sərhədlərin dövlət sərhədi kimi tanımağa razılaşıblar.

“Uzun illər Ermənistanda demokratiyanın olmamasına haqq qazandırmaq üçün Qarabağ münaqişəsindən istifadə olunub. 2018-ci ildə bizim məxməri inqilabımız demokratik inkişaf üçün şərait yaratdı, lakin 2020-ci ilin sentyabrında Azərbaycan Dağlıq Qarabağa hücum etdi və Ermənistan müharibəyə qoşulmalı oldu. 2020-ci il noyabrın 9-da mən üçtərəfli bəyanatı imzaladım və bu, Ermənistanın dövlət qurumlarına hücumun səbəbi oldu. Buna baxmayaraq biz demokratik asayişi qoruya bildik”, – Paşinyan bildirib.

Ermənistanda məxməri inqilab
8 may 2018-ci ildə Ermənistanda parlament deputatları on minlərlə etirazçının təzyiqi altında yeni baş nazir seçdilər. İnsanlar hakimiyyətin əməllərinə qarşı etiraz etmək üçün küçələrə çıxdılar. Böyük hissəsi iqtidar partiyasını təmsil edən deputatlar da inqilab liderini hökumət başçısı seçməyə məcbur qaldılar. Nikol Paşinyan dövlətin başına keçdi və vətəndaşlara keyfiyyət etibarilə yeni həyat vəd etdi

Sonrakı yazı
Qara Dəniz “Taxıl Dəhlizi” Sazişi – Nə baş verir?
Öncəki yazı
“İberiya” Marneuli Mədəniyyət Mərkəzinin xoreoqrafik ansamblı Türkiyədə keçirilən ənənəvi rəqslər və musiqi festivalında iştirak edib