This is a specific ad

Poti Şəhər Şurasının iclasında səs-küy yaranıb

29

Another advertisement

Poti Şəhər Şurasının iclasında səs-küy yaranıb. Səs-küyün ardınca müxalifətçi deputatların təşkil etdiyi çıxış olub. Sessiya başlamazdan əvvəl onlar Tbilisidə etiraz aksiyaları zamanı xəsarət alanların fotoşəkilləri olan banner açıblar.

Şuranın müxalif üzvləri zorakılığı pisləyib və orada olanları həmrəylik nümayiş etdirməyə çağırıblar.

Müxalifətin bu hərəkəti çoxluğun etirazına səbəb olub, onları təxribatda ittiham ediblər.

Səs-küy və mübahisədən sonra müxalifət deputatları etiraz əlaməti olaraq iclası tərk edərək, meriya binasının xaricinə etiraz banneri asıblar.

“Xalqın tələbi ilk növbədə yenidən qanuni seçkilərin keçirilməsi, siyasi məhbusların azad edilməsidir. Biz məqsədimizə çatana qədər bu etiraz dayanmayacaq”, – deyə Darecan Çxvitariya bildirib.

Sonrakı yazı
Sabaha olan valyuta məzənnəsi belədir
Öncəki yazı
Məhkəmə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə təqsirləndirilən Mixail Saakaşvilini yenə həbsdə saxlayıb