This is a specific ad

“Polşa Rusiya raketlərini vurmağa hazırdır”-Vladislav Kosniak-Kamiş

31

Another advertisement

“Polşa Rusiya raketlərini vurmağa hazırdır, lakin bu, yalnız onun hava məkanı pozularsa, baş verəcək”.

QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Vladislav Kosniak-Kamiş  müsahibəsində deyib.

“Biz hava hücumundan müdafiə sistemi hazırlamışıq, həmçinin hava hücumundan müdafiəni gücləndirmişik. Söhbət NATO-nun himayəsi altına alınan Rzeşov hava limanından gedir. Müttəfiqlərimiz Amerika, İngiltərə, Almaniya, Norveç və digər ölkələr bizi hava bazasında qoruyur və bu hava məkanı pozularsa, raket və ya pilotsuz uçan aparatı vuracaqlar”, – deyə o izah edib.

Nazirin sözlərinə görə, hələlik Ukraynanın hava məkanında hədəflərin vurulmasından söhbət getmir, çünki bu məsələ ilə bağlı NATO-nun vahid qərarı yoxdur. Polyaklar öz ərazilərini qoruyacaqlar.

“Çox vaxt bizim F-16-larımız hazır vəziyyətdə müşayiət edir ki, Polşaya təhlükə yaranarsa, buna uyğun hərəkət edək. “Raketin Polşa ərazisində yerləşən hədəfə yönəldilməsi faktı yox idi, lakin bəli, keçən həftə Polşanın F-16-ları havaya qalxaraq sərhədə yaxın əraziləri qorumağa hazır idi”, – nazir qeyd edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Vladimir Putin Üçüncü Dünya Müharibəsi barəsində – Təhlükə çoxdur və getdikcə böyüyür
Öncəki yazı
“Bidzina İvanişviliyə sanksiya tətbiq edilməlidir”-Rasa Yukneviciene