This is a specific ad

Siz də varlı olmaq istəyirsiniz?-Elə isə evlənin və boşanın!

126

Another advertisement

Yeni biznes üsulu ilə tanış olmaq istəyərsiniz?

Elə isə məqaləni oxuyun:

Avstriyanın Qraç şəhərində yaşayan cütlük 12 dəfə evlənib və boşanıb. Bunun səbəbi xəsislik və ya dəyişkən xarakter deyil, maddi maraq olub.

QafqazTürk Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Hazırda hər ikisinin yaşı 70-dən yuxarıdır. İlk dəfə 1982-ci ildə evləniblər və altı il sonra boşanıblar. Yerli qanunvericiliyə görə, qadın boşandıqdan 2,5 il sonra sözdə dul pensiyası və ya birdəfəlik yardım ala bilər.

Ağıllı ər və arvad bu fürsətdən istifadə etmək qərarına gəliblər. Bütün bu müddət ərzində (30 il) birlikdə yaşasalar da, nümunəvi cütlük hesab edilsələr də, 12 dəfə evləniblər və boşanıblar.

Həyat yoldaşlarının hiylələri yalnız 2022-ci ildə üzə çıxıb. May ayında qeydə alınmağa çalışılan sonuncu boşanma rəsmi orqanlar tərəfindən tanınmayıb. İstintaq müəyyən edib ki, cütlük dələduzluq yolu ilə 326 min avro alıb.

Onlara qarşı cinayət işi açılsa da, cütlük özlərini təqsirli bilməyiblər və mətbuata açıqlama verməkdən imtina ediblər.

Sonrakı yazı
Ukraynada daha bir gürcü döyüşçü şəhid olub
Öncəki yazı
“İvanişvili ilə görüşməyə hazıram”-Salome Zurabişvili