This is a specific ad

Putin Rusiya-Ukrayna müharibəsi barədə: “Bizi aldatdılar”

141

Another advertisement

Rusiya prezidenti Vladimir Putin media nümayəndələri və vətəndaşlarla bir neçə saatlıq görüş keçirib.

Putindən 2022-ci ilin fevralında geri dönəcəyi təqdirdə xüsusi hərbi əməliyyata başlayıb-başlamayacağını soruşublar (Rusiyanın yüksək rütbəli rəsmiləri və mediası tərəfindən Ukraynada genişmiqyaslı müharibə üçün istifadə olunan termin).

“İndi baş verənləri nəzərə alsaq, vaxtı geri qaytara bilsəydim, düşünərdim ki, biz xüsusi hərbi əməliyyata daha tez başlamalıydıq”.

Rusiya prezidentinin sözlərinə görə, Ukraynada müharibəni plansız başlayıb:

“Biz xüsusi hərbi əməliyyata hazırlaşmalı idik. Heç bir hazırlıq görmədən başladıq. Artıq dayanıb səbr etmək mümkün deyildi. Kiyev hakimiyyəti kütləvi qırğın silahları ilə bağlı iddia qaldırdı, Minsk razılaşmasından imtina etdi. Bizi aldatdılar və bu hərəkətlərə sövq etdilər”.

Sonrakı yazı
İddia: Zelenski 500 milyon avro rüşvət təklif edib
Öncəki yazı
Kobaxidzedən gözlənilməz açıqlama: “4 partiyanın nümayəndələri ilə görüşəcəyik”