This is a specific ad

Tbilisidə aksiya davam edir

41

Another advertisement

Mitinq parlamentin yaxınlığında başlayıb. Etirazçılar yolu bağlayıblar. Ali Ədliyyə Şurasının yaxınlığındakı ərazidən başlayan və Rustaveli prospektinə qədər uzanan mitinqə vəkillərin yürüşü də qoşulub. Rustaveli prospektində keçirilən etiraz yürüşünə səyahətsevərlərin yürüşü də qatılıb. Onlar müxtəlif məzmunlu pankartlarla Avropa meydanından yürüşə başlayıblar.

Eyni zamanda enerji sektorunun nümayəndələri və beynəlxalq universitet tələbələri də aksiyaya qoşulub, onlar da parlamentə yürüş ediblər. Parlament qarşısındakı mitinqə Respublika meydanından yürüş edən “Veqan yürüşü”nün iştirakçıları da qoşulub.

Artıq 23-cü gündür ki, vətəndaşlar etiraz aksiyaları keçirir.

Aksiya iştirakçılarının tələbi aksiyalar zamanı həbs edilən vətəndaşların azadlığa buraxılması və yeni seçkilərin təyin edilməsidir.

 

Sonrakı yazı
Avtomobilin Milad bazarına çırpılması ölümlə nəticələnib
Öncəki yazı
Fransa və ATƏT-in digər 37 dövləti bu gün Vyana mexanizmini işə salıb