This is a specific ad

“ABŞ administrasiyası çalışır ki, Trampa Gürcüstanla münasibətdə çətin bir miras buraxsın”-Kaxa Kaladze

40

Another advertisement

“ABŞ-ın hazırkı administrasiyası Gürcüstana münasibətdə və ümumiyyətlə, mövcud proseslərə münasibətdə mümkün qədər Trampa ağır miras qoymağa çalışır”, – deyə paytaxt meri Kaxa Kaladze ABŞ-ın yeni sanksiyaları barədə bəyan edib.

Onun sözlərinə görə, yeni administrasiya şəraitində Gürcüstana qarşı “doğru və ədalətli münasibət olacaq”.

“Heç nə, biz bir sıra bəyanatlar vermişik ki, indiki administrasiya daha da ciddi addımlar atacaq. Bilirsiniz ki, bir neçə günə onların səlahiyyətləri başa çatır. Təkcə Gürcüstanla bağlı deyil, ümumilikdə proseslərə münasibətdə Trampa ağır miras qoymağa əllərindən gələni edirlər. Burada bir şeyi də demək istəyirəm ki, yeni administrasiya və kökündən fərqli yanaşmalar haqqında danışanlar çoxdur. Biz də gözləyirik ki,  Gürcüstana qarşı da düzgün və ədalətli münasibət olacaq. İnanın ki, bizim, ölkəmizə lazım olanı heç kim edə bilməz. Tramp Amerika xalqı tərəfindən seçilmiş prezidentdir və o, şübhəsiz ki, ölkəsinin maraqlarını güdəcək və xalqının maraqlarını qoruyacaq. Biz də eyni şeyi etməliyik. Biz xalq tərəfindən seçilmişik və ilk növbədə ölkəmizin, xalqımızın mənafeyini qorumalıyıq. Heç kim bura gürcülərin maraqlarına xidmət etmək üçün gəlməyəcək. Hər kəsin, Qərbin, Amerikanın, Rusiyanın, bizim qonşuluğun Gürcüstanda öz şəxsi marağı var. Biz gürcü xalqı və ölkə əhalisinin əksəriyyətinin seçdiyi Gürcüstan hökuməti möhkəm dayanmalı və ölkənin maraqlarını və gələcəyini qorumalıyıq”, – Kaladze bildirib.

Kaladze Amerikadan başqa, Böyük Britaniyanın da sanksiyalar paketinə cavab verib.

“Bu, son bir neçə gündə haqqında danışdığımız proseslərin davamıdır. Biz çox ümid edirik ki, yeni administrasiya şəraitində indiki vəziyyət tamamilə vəziyyət dəyişəcək”, – Kaladze qeyd edib.

ABŞ-ın bələdiyyə nümayəndələrinə sanksiya tətbiq etməsindən Kaladzenin  xəbəri olub-olmaması sualına gəlincə, Kaladze “bizim məlumatımız yoxdur”- deyib.

Sonrakı yazı
Salome Zurabişvili: “Geri çəkilmək küçələrdə dayanan insanlara xəyanət olar”
Öncəki yazı
Bakı-Tbilisi-Ərzrum qaz nəqli 4,3% artıb